“Səhra şəraitində qidalanmanın təşkili” mövzusunda məşğələ keçirilib

4-10-2019, 14:56
Oxunub: 48
Hərbi qulluqçuların qidalanmasının təşkili üsulları praktiki olaraq nümayiş olunub


2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin Ərzaq xidməti tərəfindən qoşun növü, birlik, birləşmə və hissələrin ərzaq xidməti rəisləri ilə “Səhra şəraitində qidalanmanın təşkili” mövzusunda nümunəvi məşğələ keçirilib.

Bu barədə Etatist.com-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məşğələnin planına uyğun olaraq bölmənin ərzaq məntəqəsinin ərazidə açılması, səhra şəraitində yeməklərin hazırlanması, çörəyin bişirilməsi, hərbi qulluqçuların qidalanmasının təşkili üsulları praktiki olaraq nümayiş olunub, həmçinin uçot sənədlərinin düzgün aparılması və qorunması qaydaları izah edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti