“ASAN xidmət”ə müraciət edənlərin sayı 33 milyona çatıb

4-10-2019, 13:45
Oxunub: 50
Hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir


“ASAN xidmət”ə 33 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Etatist.com-a verilən məlumata görə, bu müraciət 2 saylı Bakı ASAN xidmət mərkəzinə Rəşad Abdullayev tərəfindən edilib. 

O, Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən notariat xidmətindən yararlanıb.

Qeyd edək ki, hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bundan başqa, regionlarda 10 Səyyar “ASAN xidmət” avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti