IFC Azərbaycanın aqrar sektorunda risklərin idarə edilməsi üzrə yeni platforma hazırlayıb

4-10-2019, 13:28
Oxunub: 50
Yeni platformanın geniş təqdimatı oktyabrın 10-da keçiriləcək


Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanın kənd təsərrüfatı sahəsində risklərin idarə edilməsi üzrə "Klara" adlı yeni platforma hazırlayıb. 

Report xəbər verir ki, bu barədə qurumun baş mütəxəssisi Leyla Hüseynli Bakıda keçirilən “Mikromaliyyə Yol Kəsişməsində: Rəqəmsal Erada Dayanıqlı İnkişaf” mövzusunda 6-cı İnvestorlar Yarmarkası çərçivəsində təşkil olunmuş “Rəqəmsal Erada Risklərin İdarə Olunması Perspektivləri” mövzusunda plenar sessiyada məlumat verib.

Onun sözlərinə görə, bu platformanın daxilində 40 məhsul var: “Hər bir məhsul aqrar sektorda risklərin idarə edilməsi üçün Azərbaycan reallığına uyğun mexanizm təqdim edir. “Klara” əməliyyat xərclərini 30-40% azaltmağa imkan verir”. 

Yeni platformanın geniş təqdimatı oktyabrın 10-da keçiriləcək. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti