Rus Dram Teatrı oktyabr repertuarını açıqlayıb

3-10-2019, 12:51
Oxunub: 51
Tamaşalar oktyabrın 4-dən 27-dək davam edəcək


Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı oktyabr repertuarını açıqlayıb.

Teatrdan Etatist.com-a verilən məlumata görə, tamaşalar oktyabrın 4-dən 27-dək davam edəcək.

Teatrın repertuarında yer alan tamaşalar aşağıdakılardır:

4 oktyabr – “Yeddi gözəl”;

5 oktyabr – “Əli və Nino”;

6 oktyabr – “Evlənmə”;

13 oktyabr – “Vanya dayı”;

18 oktyabr – “Maqbet”;

20 oktyabr – “Kişi, qadın, pəncərə… məşuq”;

25 oktyabr – “Qürur və qərəz”;

26 oktyabr – “Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur”;

27 oktyabr – “Yuxularımdan kənar ol”.

Uşaqlar üçün:

5 oktyabr – “Üç donuz balası, Qırmızı papaq və boz canavarlar”;

6 oktyabr – “Düyməcik”;

20 oktyabr – “Nağılı tap–5”;

26 oktyabr – “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl”;

27 oktyabr – “Gəlin, nağıla baxaq”.

Qeyd edək ki, teatrda böyüklər üçün tamaşalar saat 19:00-da, uşaqlar üçün isə saat 12:00-da başlanır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti