"Türk Şurası 10 il ərzində uğurlu platforma olduğunu sübut edib"

3-10-2019, 12:34
Oxunub: 44
Şura 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən sammitdə yaradılıb


"Türk Şurası 10 il ərzində regional təhlükəsizliyin və sabit inkişafın təmin edilməsində böyük rol oynayan uğurlu platforma olduğunu sübut edib".

Bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov Naxçıvan sazişinin imzalanmasının 10 illiyi münasibətilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi konfransda deyib.

"Azərbaycan türk dünyası ilə inteqrasiyaya böyük önəm verir. Bu baxımdan Türk Şurasının fəaliyyəti son dərəcə vacibdir və çox effektlidir. Ümid edirik ki, təşkilatın fəaliyyəti birgə hədəflərin əldə olunmasına öz töhfəsini verməkdə davam edəcək", - nazir müavini söyləyib.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) türk dünyası ölkələri arasında dialoq və əməkdaşlığı təşviq etmək üçün yaradılan beynəlxalq platformadır.

Şura 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən sammitdə yaradılıb. Onun fəaliyyət prinsipləri 16 sentyabr 2010-cu il tarixli İstanbul Bəyannaməsində əksini tapıb.

İlk mərhələdə Türk Şurasına Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan daxil olub. Bu il Özbəkistan da Türk Şurasına qoşulub. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti