Türkdilli dövlətlər Birgə İnvestisiya Fondu yaradacaq

3-10-2019, 12:10
Oxunub: 45
Bu barədə Qismət Gözəlov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi konfransda bildirib


Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) çərçivəsində Birgə İnvestisiya Fondu yaradılacaq.

Bu barədə Türk Şurasının Baş katibinin müavini Qismət Gözəlov Naxçıvan sazişinin imzalanmasının 10 illiyi münasibətilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi konfransda bildirib.

"İqtisadi əməkdaşlıq təşkilatımızın vacib ünsürüdür. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın bu istiqamətdə birgə addımları bəhrəlidir. Həmçinin Birgə İnvestisiya Fondunun yaradılması üzrə böyük işlər görürük", - deyə o qeyd edib. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti