Fransa ilə Azərbaycan arasında nəqliyyat, telekommunikasiya sahəsində əməkdaşlıq müzakirə edilib

2-10-2019, 18:30
Oxunub: 83
Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Fransa Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Zakari Qross arasında görüş keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Etatist.com-a verilən məlumata görə, nazirlikdə baş tutan görüşdə iki ölkə arasında nəqliyyat, telekommunikasiya, informasiya texnologiyaları, innovasiyalar və yüksək texnologiyalar sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin “Bakutel-2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində Fransanın texnologiya şirkətlərinin məhsul və həllərinin nümayiş olunacağı Fransa Milli Pavilyonunun təşkili məsələsi müzakirə olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti