"Almaniya Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq sazişinin imzalanmasını istəyir"

30-09-2019, 13:04
Oxunub: 62
Bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq mətbuat konfransında deyib


Almaniya tez bir zamanda Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlıq sazişinin imzalanmasını istəyir.

Bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq mətbuat konfransında deyib.

Səfir bildirib ki, bu saziş müxtəlif sahələri, o cümlədən ticarəti əhatə edəcək: "Biz Azərbaycana səfər edən iş adamlarının sayının artmasını istəyirik. Bu saziş Azərbaycana xarici investisiyalar üçün hüquqi baza da yaradacaq".

Onun sözlərinə görə, 2020-ci ilədək Almaniya BMT Təhlükəsizlik Şurasında sədrlik edəcək: "Biz bu struktur çərçivəsində Azərbaycanla əməkdaşlığımızı genişləndirmək istəyirik”.

Səfir əlavə edib ki, 2020-ci ilin yayında Almaniya Avropa İttifaqında, payızında isə Avropa Şurasında sədrlik edəcək: "Bunlar da Azərbaycan üçün vacib təşkilatlardır. Biz istəyirik ki, Azərbaycan Aİ strukturları ilə daha da yaxınlaşsın və sıx əməkdaşlıq etsin. Söhbət ikitərəfli münasibətlərin inkişafından gedir". (Trend)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti