Milli Məclisin deputatı mandantından imtina edib

30-09-2019, 13:39
Oxunub: 82
Bu barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib


Borca görə III və IV çağırış Milli Məclisinin vəsiqələrini girov qoyan Rafael Cəbrayılov mandatdan məhrum edilməsi üçün parlamentə müraciət edib.

Bu barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Ə.Hüseynli deyib ki, Konstitusiyaya uyğun olaraq deputat mandatdan özü imtina edib: “O, eyni zamanda həm seçicilərdən, həm deputat həmkarlarından, həm də cəmiyyətdən üzr istəyərək istefa vermək qərarına gəlib. Protokol qaydasında qərar Mərkəzi Seçki Komissiyasına göndərilir. Seçki Məcəlləsinə uyğun olaraq, MSK deputatın mandatdan məhrum edilməsi ilə bağlı qərar qəbul edir”.

Xatırladaq ki, R.Cəbrayılov 300 min dollar borca görə deputat vəsiqəsini girov qoyub. Onun bir neçə şəxsə borclu olduğu bildirilir. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti