Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib

30-09-2019, 14:27
Oxunub: 53
İşlər planı səsverməyə çıxarılaraq qəbul edilib


Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında parlamentin qanunvericilik işləri planı müzakirəyə çıxarılıb.

İşlər planına Azərbaycan Respublikası Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri daxildir.

Bundan başqa, payız sessiyasında dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri, "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında", "Peşə birlikləri haqqında", "Sosial sifarişlər haqqında", "Daxili qoşunlar haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Texniki tənzimləmə haqqında", "Lombardlar haqqında", "Qida təhlükəsizliyi haqqında", "Ali təhsil haqqında", "Kabel şəbəkəsi yayımı haqqında", "Turizm haqqında", "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında", "Yazılı abidələr haqqında", "Reproduktiv sağlamlıq haqqında", "İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında" qanun, o cümlədən bir sıra qanunlara dəyişiklik layihələri müzakirəyə çıxarılacaq.

İşlər planı səsverməyə çıxarılaraq qəbul edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti