Elmar Məmmədyarov Çilinin Xarici İşlər naziri ilə görüşüb

27-09-2019, 13:49
Oxunub: 136
Regionlardakı vəziyyət baradə fikir mübadiləsi aparılıb


Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Çilinin Xarici İşlər naziri Teodor Ribera ilə görüşüb.

Etatist.com xəbər verir ki, görüşdə nazirlər iki ölkə arasında müxtəlif səviyyələrdə təmasların genişləndirilməsi və siyasi dialoqun davamlı şəkildə aparılması məqsədi ilə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıblar. 

Qoşulmama Hərəkatının qarşıdan gələn Bakı Zirvə görüşündə iştirak, yüksək səviyyəli tədbirə hazırlıq işləri, eləcə də Azərbaycanın Hərəkatda sədrlik prioritetləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Nazirlər ikitərəfli əlaqələrin inkişafı perspektivləri, xüsusilə də iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər, habelə beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Həmçinin beynəlxalq gündəlikdəki aktual məsələlər, o cümlədən müvafiq olaraq regionlardakı vəziyyət baradə fikir mübadiləsi aparılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti