BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi Azərbaycana gələcək

26-09-2019, 15:16
Oxunub: 240
Xüsusi məruzəçi Bakıya, Qubaya və Gəncəyə səfər edəcək


BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi Hilal Elver Azərbaycana səfərə gələcək. 

Report xəbər verir ki, faktaraşdırcı xarakter daşıyan səfər oktyabrın 1-dən 11-dək davam edəcək. 

Bu, qida hüququ üzrə müstəqil ekspertin ölkəyə ilk səfəridir. Xüsusi məruzəçi Bakıya, Qubaya və Gəncəyə səfər edəcək. O, hökumət rəsmiləri, Ombudsman, BMT sistemin nümayəndələri, beynəlxalq donor icması, vətəndaş cəmiyyəti təşkilatları və digər icmalarla görüşlər keçirəcək.

O, kənd təsərrüfatı sektorunun oynadığı rolu, o cümlədən münasib təcrübə nümunələrini və çətinlikləri nəzərdən keçirməyi planlaşdırır.  

Xüsusi məruzəçi səfərinə dair ilkin müşahidələrini səfərin sonunda, oktyabrın 11-də mətbuat konfransında təqdim edəcək.

Səfərlə əlaqədar H.Elverin yekun hesabatı 2020-ci ilin martında Cenevrədə İnsan Hüquqları Şurasına təqdim olunacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti