“Azərbaycan Dəmir Yolları”nda Dünya Bankı ilə əməkdaşlıq müzakirə edilib

25-09-2019, 18:24
Oxunub: 80
Görüşdə Verner Qruber və Navid Həsən Naqvi iştirak edib


“Azərbaycan Dəmir Yolları” QSC-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə Etatist.com-a “Azərbaycan Dəmir Yolları”ndan bildirilib. 

Məlumata görə, ikitərəfli görüşdə “Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanov son illərdə Azərbaycanın iri tranzit və logistik mərkəzə çevrilməsi, dəmir yolunun modernləşdirilməsi, beynəlxalq və regional nəqliyyat layihələrinin tam gücü ilə işləməsi üçün həyata keçirilən irihəcmli işlər barədə qonağa ətraflı məlumat verib.

Sonra Dünya Bankı ilə “Azərbaycan Dəmir Yolları” arasında əməkdaşlıq perspektivləri və prioritetləri, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olan Ələt-Astara dəmir yolu xətti sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsində Dünya Bankının iştirakı, bu ilin 16-24 iyul tarixlərində DB-nin layihə ilə bağlı ölkəmizdə olan faktaraşdırıcı missiyasının səfərinin nəticələri, “Azərbaycan Dəmir Yolları”nda idarəetmənin təkmilləşdirilməsi, institusional islahatların aparılması və yüksək əməliyyat effektivliyinə nail olunması istiqamətində həyata keçirilən instusional və struktur islahatları barədə müzakirələr aparılıb.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus Azərbaycanda nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, tranzit potensialının artırılması istiqamətində irihəcmli işlər görüldüyünü bildirib, ikitərəfli əlaqələrin bundan sonra daha da artan xətt üzrə davam etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə Dünya Bankının Azərbaycan üzrə İcraçı Direktoru Verner Qruber və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi iştirak edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti