Kitablar müzakirə edildi- Fotolar

17-06-2013, 13:25
Oxunub: 838


İyun ayının 16-da Milli Fikir Mərkəzinin təşkilatçılığı ilə "Hansı kitabları oxumalıyıq" mövzusunda gənclərin müzakirəsi keçirilib.

 

Mərkəzdən Etatist.com-a daxil olan məlumata görə, müzakirədə MFM üzvləri, digər təşkilatlardan və müstəqil gənclər iştirak edib. Gənclər, düşüncələrini, həyatını dəyişən kitablardan danışıb və o kitabları müzakirə ediblər.


Makiavellinin "Hökmdar", Nitçşenin "Zərdüşt belə deyir" və "Hakimiyyət əzmi", Freydin "Totem və Tabu" kitabları müzakirə edildikdən sonra MFM rəhbəri Şəhriyar Məcidzadə, qadağan olunmuş və oxunması istənməyən kitablardan danışıb. Armstronqun "Bozqurd" əsəri haqda danışarkən Ş.Məcidzadə, "Bu əsər türkiyədə qadağan olunmuşdu. Armstronq bunu Atatürk haqqında yazıb. Əsərin qadağan olunmasının səbəbi də Atatürkün içki məclislərindən yazması idi. Lakin Atatürk özü bu kitabı oxuyandan sonra tərcümə elətdirir və kitab Türkiyədə satışa çıxır. Amma senzurayla..."

 

Türkiyədə qadağan olunmuş daha bir kitab, nurçuluq haqqında yazılmış Ahmet Şıkın "İmamın ordusu" kitabını da xatırladan mərkəz rəhbəri, həmin kitabda nurçular haqqında hər şeyin yazıldığını və kitabında məhz buna görə qadağan edildiyini dedi.

 

Sonda gənclər tədbir iştirakçılarına tövsiyyə etdikləri kitabları dedilər.

 

Kitablar müzakirə edildi- Fotolar
Kitablar müzakirə edildi- Fotolar
Kitablar müzakirə edildi- Fotolar
Kitablar müzakirə edildi- Fotolar
Kitablar müzakirə edildi- Fotolar
Kitablar müzakirə edildi- Fotolar

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti