"ASAN xidmət" mərkəzlərinə 33 milyona yaxın müraciət daxil olub

24-09-2019, 13:24
Oxunub: 66
"Vətəndaşlar təqdim edilən 320-dən artıq xidmətdən istifadə ediblər"


"Bugünə qədər ASAN xidmət mərkəzlərinə 33 milyona yaxın müraciət daxil olub. Azərbaycan əhalisinin sayı 10 milyondur. "ASAN xidmət"ə edilən müraciətlərin sayının 33 milyon olması göstərir ki, vətəndaşlar dəfələrlə müraciət ediblər".

Report xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Sosial Tədqiqatlar Mərkəzinin təşkil etdiyi “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfransda deyib.

Ü.Mehdiyev qeyd edib ki, vətəndaşlar təqdim edilən 320-dən artıq xidmətdən istifadə ediblər: "ASAN xidmət" mərkəzlərində vətəndaşlara təqdim edilənlər xidmətlərdən məmnunluq səviyyəsi 98-99 faiz arasındadır".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti