Belarus prezidenti Aİ ilə viza rejimini sadələşdirmək qərarına gəlib

20-09-2019, 20:07
Oxunub: 59
Belarus Avropa İttifaqı ölkələri ilə viza rejimini sadələşdirəcək


Belarus Avropa İttifaqı ölkələri ilə viza rejimini sadələşdirəcək.

Bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz bildirib.

Müvafiq qərarı prezident Aleksandr Lukaşenko qəbul edib, qərar bu gün dərc olunacaq.

A.Qlaz sənədin Aİ ilə vizaların və readmissiyanın verilməsi prosesinin asanlaşdırılmasına dair sazişin imzalanmasına aid olduğunu qeyd edib.

Qeyd edək ki, Belarus və Aİ 2014-cü ildən bəri viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında saziş layihələri üzrə məsləhətləşmələr aparır. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, sənədin ikinci layihəsi üzrə məsləhətləşmələr başa çatıb. Belarus Xarici İşlər naziri Vladimir Makey isə vurğulayıb ki, hər iki sənəd kompleks şəkildə imzalanmalıdır. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti