Rusiya aviaşirkəti Rostovdan Bakıya birbaşa uçuşlara başlayır

20-09-2019, 16:30
Oxunub: 61
Rostov aviaşirkəti həftədə üç dəfə Bakıya uçuşlar təşkil etməyi planlaşdırır


Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi "Azimut" aviaşirkətinə Rostov-Bakı marşrutu və geri istiqamətdə uçuşlar həyata keçirmək üçün icazə verib.

Rostov aviaşirkəti həftədə üç dəfə Bakıya uçuşlar təşkil etməyi planlaşdırır.

Aviaşirkətdən Bakıya uçuşların reys cədvəlində artıq 2020-ci ilin əvvəlindən yer alacağı bildirilib.

Qeyd edək ki, əvvəllər Rostovdan Bakıya "Pobeda" aviaşirkəti uçuşlar həyata keçirirdi. Yayda Rusiyanın "İrAero" aviaşirkəti də bu cür planları olduğunu açıqlamışdı. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti