Azərbaycan Çində Ticarət Evlərinin sayını artırır

20-09-2019, 15:15
Oxunub: 64
Azərbaycan məhsullarının Çində tanıdılması istiqamətində işlər davam etdiriləcək


"Bu ilin sonuna qədər Azərbaycanın Çində 3 Ticarət Evinin və 1 Şərab Evinin açılması nəzərdə tutulur”.

Report xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, Azərbaycan məhsullarının Çində tanıdılması istiqamətində işlər davam etdiriləcək.

"Bu ilin I yarısında Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrünə nisbətən 2,3 dəfə artıb və 1,4 milyard ABŞ dollarından çox olub. Azərbaycan əsasən neft və neft məhsulları ixrac etsə də, son illər ticarət dövriyyəsində şaxələnmə müşahidə edirik. Azərbaycana məxsus kənd təsərrüfatı emalı məhsulları, o cümlədən şərablarımız Çin bazarına daxil olur", - deyə nazir qeyd edib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti