Sumqayıtda bir qrup abonentin qaz təchizatında fasilə yaranıb

20-09-2019, 15:06
Oxunub: 64
Sumqayıt şəhərində bir qrup abonentin qaz təchizatında fasilə olacaq


Sumqayıt şəhərinin bir hissəsini təbii qazla təmin edən diametri 530 mm-lik Şəhər-4 orta təzyiqli qaz xəttində təmir-bərpa işlərinin aparılması məqsədilə qaz təchizatının dayandırılmasına zərurət yaranıb.

Azəriqaz İstehsalat Birliyindən  verilən məlumata görə, bu zaman saat 10:00-dan etibarən işlər başa çatanadək Sumqayıt şəhərində bir qrup abonentin qaz təchizatında fasilə olacaq.

Bundan başqa Qaz İxrac İdarəsinin balansında olan "Bəydilli" ölçü qovşağında bir sıra quraşdırma işlərinin aparılması ilə bağlı səhər saat 09:00-dan 18:00-dək Neftçala rayonunun bir neçə kəndində qaz təchizatı dayandırılıb. İsmayıllı rayonunda da qaz xətlərində quraşdırma işlərinin görülməsi üçün saat 10:00-dan bir neçə yaşayış məntəqəsində qaz verilişində fasilələr yaranacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti