Həsən Ruhaninin ABŞ-a səfər tarixi açıqlanıb

20-09-2019, 14:59
Oxunub: 63
Məlumatı İran KİV-i yayıb


Iran Prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak etmək üçün sentyabrın 23-də ABŞ-a səfər edəcək.

Məlumatı İran KİV-i yayıb.

Sentyabrın 20-də İranın xarici işlər naziri Məhəmmədcavad Zərif Nyu-Yorka yola düşüb. Onun Baş Assambleyanın sessiyası çərçivəsində bir sıra ölkələrin xarici işlər nazirləri və yüksək vəzifəli rəsmi şəxsləri ilə görüşləri planlaşdırılıb.

Qeyd edək ki, BMT Baş Assambleyasının 74-cü sessiyası sentyabrın 17-də başlayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti