Gürcüstan parlamentinin yaxınlığında etiraz aksiyası keçirilir

20-09-2019, 13:21
Oxunub: 60
Etirazçılar "işğal xətti"ndəki hazırkı durumu dövlət nazirinin diqqətinə çatdırmaq istəyirlər


Tbilisidə Gürcüstan parlamentinin binasının giriş qapılarının qarşısında etiraz aksiyası keçirilir.

Aksiyada "Ayıbdır" hərəkatının üzvləri və müxalif Avropalı Gürcüstan Partiyasının deputatı Elene Xoştaria iştirak edir.

Aksiyaçılar "işğal xətti" boyunda yaranmış vəziyyətə etirazlarını ifadə edirlər. Onlar "işğal xətti"ndə yerləşən kəndlərdəki vəziyyəti əks etdirən fotoşəkilləri nümayiş etdirirlər.

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili bu gün parlamentdə "nazir saatı" formatında çıxış edəcək. Etirazçılar "işğal xətti"ndəki hazırkı durumu dövlət nazirinin diqqətinə çatdırmaq istəyirlər.

Bu gün saat 19:00-a parlamentin binası qarşısında genişmiqyaslı aksiya təyin olunub. Aksiya iyunun 20-21-də Tbilisidə baş vermiş hadisələrdən üç ay ötməsi ilə bağlı təşkil olunacaq. Bununla bağlı qanunverici orqanın yaxınlığında təhlükəsizlik tədbirləri gücləndirilib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti