Dünyanın aparıcı investorları iqlim dəyişikliyindən narahatdır

19-09-2019, 17:46
Oxunub: 56
Son 10 ildə ekoloji təmiz enerji istehsalına 2,6 trilyon dollar pul qoyulub


Aktivləri 35 trilyon ABŞ dolları məbləğində qiymətləndirilən 500-dən çox investor dünya ölkələrini iqlim dəyişikliyinə qarşı mübarizəyə dəvət edib.

Report bu barədə xarici mətbuata istinadən xəbər verir. 

Məlumata görə, onların, təxminən, yarısı isə şirkətləri meşə sahələrini məhv etmədən çəkinməyə çağırıb. 

Araşdırmalar nəticəsində məlum olub ki, son 10 ildə ekoloji təmiz enerji istehsalına 2,6 trilyon dollar pul qoyulub, lakin bu, ekoloji riskləri azaltmaq üçün kifayət deyil. 

Alimlərin BMT-yə təqdim etdikləri hesabatda isə bildirililir ki, ciddi nəticəyə nail olmaq üçün 2035-ci ilə qədər daha 2,4 trilyon dollar investisiya qoyulmalı, 2050-ci ilə qədər kömürün istifadəsi dayandırılmalıdır. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti