Azərbaycanda ilk dəfə toxum sərgi-satış yarmarkaları keçiriləcək

19-09-2019, 14:08
Oxunub: 65
"Bu il ölkədə 100 min ton sertifikatlı toxum istehsalı gözlənilir"


"Yaxın zamanlarda Azərbaycanda ilk dəfə olaraq toxum sərgi-satış yarmarkalarının keçirilməsi nəzərdə tutulur".

Etatist.com Report-a istinadən xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) “Toxumçuluğun mövcud vəziyyəti və aqrokimyəvi xidmətlərə” həsr olunmuş tədbirdə bildirilib.

Qeyd edilib ki, əsas məqsəd istehsal olunmuş sertifikatlı toxumları nümayiş etdirmək, toxum istehsalçılarını istehlakçı ilə birbaşa əlaqələndirmək və toxum bazarını formalaşmasına dəstək verməkdir: “Burada əsas mədsəd istehsal olunmuş sertifikatlı toxumları nümayiş etdirmək, toxum istehsalçılarını istehlakçı ilə birbaşa əlaqələndirmək və toxum bazarını formalaşmasına dəstək verməkdir”.

Həmçinin əlavə edilib ki, fermerlər aldıqları sertifikatlı toxumun keyfiyyətinə bir daha əmin olmaq üçün qeyd olunan laboratoriyalarda yoxlatdıra bilərlər. "Bu il ölkədə 100 min ton sertifikatlı toxum istehsalı gözlənilir", - AXA-dan bildirilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti