"Microsoft" 40 milyard dollar dəyərində öz səhmlərini geri alacaq

19-09-2019, 16:28
Oxunub: 63
Yeni geri alma proqramının vaxt məhdudiyyəti yoxdur və istənilən vaxt ləğv edilə bilər


Dünyanın ən böyük proqram istehsalçısı olan "Microsoft"un Direktorlar Şurası şirkətin 40 milyard dollar dəyərində öz səhmlərinin geri alınması proqramını təsdiqləyib.

Report "İnterfaks"a istinadən xəbər verir ki, yeni geri alma proqramının vaxt məhdudiyyəti yoxdur və istənilən vaxt ləğv edilə bilər.

Bu, analoji miqyasda olan üçüncü "buyback" proqramıdır. Əvvəlki oxşar proqramlar 2013 və 2016-cı illərdə Direktorlar Şurası tərəfindən təsdiq edilib.

"Microsoft" eyni zamanda rüblük dividendləri 5 sent artıraraq bir səhm üçün 0,51 dollara çatdırmağı qərara alıb. Bu isə əvvəlki rüblə müqayisədə 11% çoxdur. Dividend ödənişi dekabrın 12-nə təyin edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti