Fransanın Azərbaycandakı yeni səfiri Bakıya gəlib

19-09-2019, 12:07
Oxunub: 71
Diplomat etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq


Fransanın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Zaxari Qross Bakıya gəlib.

Report-un Fransa bürosunun məlumatına görə, diplomat etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, Z.Qross bu təyinatadək Fransa Müdafiə Nazirliyinin Strateji, Təhlükəsizlik və Silahsızlaşdırma İdarəsi müdirinin Silahsızlaşdırma və nüvə silahlarının məhdudlaşdırılması məsələləri üzrə müavini işləyib.

Bundan əvvəl Fransanın Azərbaycandakı səfiri Oreliya Buşe olub. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti