Genişmiqyaslı təlimlər zamanı ərazinin kəşfi aparılıb - VİDEO

18-09-2019, 17:41
Oxunub: 62
Ərazinin kəşfi digər təlim nöqtələrində də aparılıb


Müdafiə naziri, general-polkovnik Zakir Həsənov genişmiqyaslı təlimlərin komanda müşahidə məntəqələrindən birində olub.

Bu barədə Etatist.com-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qoşun növü və qismlərinin komandanları, hərbi birlik və birləşmə komandirləri, eləcə də digər vəzifəli şəxlərin məruzələri dinlənildikdən sonra ərazidə qüvvə və vasitələrin tətbiqi üzrə müvafiq tapşırıqlar dəqiqləşdirilib.

Ərazinin kəşfi digər təlim nöqtələrində də aparılıb.

Müdafiə naziri səhra şəraitində ərazidə yaradılmış məntəqələr və müxtəlif poliqonlardakı təlim nöqtələrinə baş çəkib və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq tapşırıqlar verib.

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti