Azərbaycan son 8 ayda elektrik enerjisi ixracından 58,4 mln dollar qazanıb

18-09-2019, 15:59
Oxunub: 59
Hesabat dövründə ixrac edilmiş elektrik enerjisinin həcmində isə müsbət dinamika müşahidə edilib


2019-cu ilin yanvar-avqust aylarında Azərbaycan 58 404,94 min ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.

Report Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 181,38 min dollar və yaxud 1,98% azdır.

Hesabat dövründə ixrac edilmiş elektrik enerjisinin həcmində isə müsbət dinamika müşahidə edilib. Belə ki, xarici ölkələrə 1 346 042,23 min kVt/saat elektrik enerjisi satılıb. Bu da 2018-cı ilin ilk 8 ayına nisbətən 81 641,02 min kVt/saat və yaxud 6,45% çoxdur.

Qeyd edilən dövrdə ixrac edilən elektrik enerjisinin hər kVt/saatı 0,043 dollar yaxud 0,0737 manat (AMB-nin rəsmi məzənnəsinə görə 1 ABŞ dolları 1,7 Azərbaycan manatına bərabərdir) olub. 2018-ci ilin yanvarında isə ixrac olunan hər kVt/saat elektrik enerjisinin dəyəri 0,047 dollar yaxud 0,08 manat olub.

Yanvar-avqust aylarında elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracının 0,43%-ni təşkil edib ki, bu da ötən ilə nisbətən 0,03 faiz bəndi azdır.

Xatırladaq ki, Azərbaycanın ən əsas elektrik enerjisi ixracatçısı “Azərenerji” ASC-dir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti