622689 hektar sahədə payızlıq əkinlər üçün şum aparılıb

18-09-2019, 14:15
Oxunub: 52
Ümumilikdə şum prosesinə 2350 traktor cəlb olunub


Azərbaycanda payızlıq əkinlər üçün şum prosesi davam edir.

Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətindən Etatist.com-a verilən məlumata görə, ümumilikdə bu il 1 047 136 hektar sahədə payızlıq şum proqnozlaşdırılır.

Sentyabrın 18-dək 622689 hektar sahədə şum aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 196 493 hektar artıqdır. Artıq ölkə üzrə payızlıq əkin üçün proqnozlaşdırılan sahələrin 59,5 faizi şumlanıb.

Ümumilikdə şum prosesinə 2350 traktor cəlb olunub. Ağcabədi rayonunda payızlıq əkin şumu tam yekunlaşıb, rayon ərazisində 29175 hektar sahədə şum aparılıb. Füzuli (95,7%), Xocavənd (92,9%), Salyan (92,1%), Bərdə (89,9%), Qobustan (89,9%), Oğuz (88,8%), Kürdəmir (88,5%), İmişli (87,8%), Goranboy (85,5%), Ağstafa (84,2%), Sabirabad (82,6%), Şəmkir (82,5%) rayonlarında şum prosesinin yaxın günlərdə yekunlaşacağı gözlənilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti