Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib

17-09-2019, 16:23
Oxunub: 757
Elm və təhsil komitəsinin 2019-cu ilin payız sessiyası üçün iş planı təsdiqlənib


Bu gün Azərbaycan Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.

Report xəbər verir ki, iclasda komitə sədri İsa Həbibbəyli 2019-cu ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlərlə barədə hesabat verib.

Sonra Elm və təhsil komitəsinin 2019-cu ilin payız sessiyası üçün iş planı təsdiqlənib.

İclasda “Məişət zorakılığının qorunması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Peşə təhsili haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında”, “Uşaq hüquqları haqqında” dəyişiklik layihələri müzakirə olunub. Bildirilib ki, layihələr uyğunlaşdırma xarakterlidir. 

Müzakirələrdən sonra dəyişiklik layihələri parlamentin plenar iclasına tövsiyə olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti