Azərbaycan meyvə-tərəvəz ixracının həcmini 15% artırıb

17-09-2019, 15:16
Oxunub: 76
Hesabat dövründə meyvə-tərəvəz ixracı Azərbaycanın ümumi ixracının 2,7%-ni təşkil edib


Bu ilin yanvar-avqust aylarında Azərbaycan 361,73 milyon ABŞ dolları dəyərində 364,959 min ton meyvə-tərəvəz ixrac edib.

Report Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 23,966 milyon dollar (7%) və 45,892 min ton (14,5%) çoxdur.

Hesabat dövründə meyvə-tərəvəz ixracı Azərbaycanın ümumi ixracının 2,7%-ni təşkil edib.

Qeyd edək ki, 8 ay ərzində Azərbaycan xarici ölkələrə 133,242 min ton tomat ixrac edib. İxracın ümumi dəyəri 141,542 milyon dollar təşkil edib. Tomat ixracı Azərbaycanın ümumi ixracında 1,05% paya malik olub. 

Bundan başqa, ötən 8 ayda Azərbaycan 14,143 min ton meşə fındığı da ixrac edib. İcracın ümumi dəyəri 76,904 milyon dollar təşkil edib. Meşə fındığı ixracı ölkənin ümumi ixracında 0,6% paya malik olub. 

Həmçinin, yanvar-avqustda Azərbaycan 45,231 min ton alma ixrac edərək 18,635 milyon dollar, 23,832 min ton xurma ixrac edərək 18,113 milyon dollar gəlir əldə edib. Bu məhsulların ixracı ayrı-ayrılıqda ümumi ixracın 0,1%-i qədər olub. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti