Çin parlamentinin Daimi Komitəsinin rəhbəri Azərbaycana səfər edəcək

16-09-2019, 17:46
Oxunub: 61
Səfər zamanı Li Çjanşu Avrasiya ölkələri parlamentlərinin sədrlərinin 4-cü iclasında iştirak edəcək


Çinin Milli Xalq Konqresinin Daimi Komitəsinin sədri Li Çjanşu sentyabrın 19-dan 28-dək Azərbaycan, Qazaxıstan və Rusiyaya rəsmi səfərlər edəcək.

Bu barədə Report "Sinhua" agentliyinə istinadən xəbər verir.

Li Çjanşu Azərbaycan Milli Məclisinin sədri Oktay Əsədov, Qazaxıstan parlamenti Senatının sədri Dariqa Nazarbayeva, Qazaxıstan parlamenti Məclisinin sədri Nurlan Niqmatulin və Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin dəvəti ilə səfər edəcək.

Məlumata görə, səfər zamanı Li Çjanşu Qazaxıstanda keçiriləcək Avrasiya ölkələri parlamentlərinin sədrlərinin 4-cü iclasında və Rusiyada keçiriləcək əməkdaşlıq üzrə Çin-Rusiya parlamentlərarası komissiyasının 5-ci iclasında iştirak edəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti