Gələn ildən AMEA-da lisey fəaliyyət göstərə bilər

16-09-2019, 13:15
Oxunub: 57
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə magistrantlarla görüşündə deyib


Gələn ildən Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) lisey fəaliyyət göstərə bilər.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə magistrantlarla görüşündə deyib.

Onun sözlərinə görə, akademiyada liseyin yaranması nəzərdə tutulan məsələlərdən biridir: "İstərdik ki, 10-11 ci sinif şagirdləri akademiyanın liseyinə qəbul olunsunlar. Güman edirəm ki, akademiyanın 75 illiyi ilə əlaqədar gələn ildən burada lisey fəaliyyətə başlayacaq". 

A.Əlizadənin sözlərinə görə, gələn il martın 27-də akademiyanın 75 yaşı tamam olacaq. Ötən dövr ərzində AMEA-da möhtəşəm elmi məktəblər fəaliyyət göstərib, burada işləyən görkəmli alimlər dünya elminə töhfələr veriblər. (Trend)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti