Venesuela müxalifətinin lideri BMT Baş Asambleyasında müzakirələrə qatılmaq niyyətindədir

16-09-2019, 15:00
Oxunub: 58
İstintaq tədbirlərinin X.Quaydonun özünü ölkə prezidenti elan etməsindən sonra baş verən zorakılıqlarla bağlı görüldüyü bildirilir


Venesuela müxalifətinin lideri Xuan Quaydo sentyabr ayının sonunda BMT Baş Asambleyasının 74-cü sessiyası çərçivəsində siyasi müzakirələrdə iştirak etmək üçün Nyu-Yorka getmək niyyətindədir.

Bu səfəri zamanı X.Quaydo onu müvəqqəti prezident kimi tanıdıqlarını açıqlayan bəzi ölkələrin rəhbərləri ilə, o cümlədən ABŞ Prezidenti Donald Trampla görüşləri nəzərdə tutulur.

Argentina KİV-i xəbər verir ki, Nyu-Yorka səfər edərsə, X.Quaydo barəsində prokurorluq tərəfindən araşdırma aparıldığı müddətə xaricə getməsinə qadağa qoyan Ali Məhkəmənin 30 yanvar tarixli qərarını pozacaq. Belə ki, istintaq tədbirlərinin X.Quaydonun özünü ölkə prezidenti elan etməsindən sonra baş verən zorakılıqlarla bağlı görüldüyü bildirilir.

Hərçənd Ali Məhkəmənin bu qərarına baxmayaraq, X.Quaydo ölkə sərhədini artıq keçib. Belə ki, fevralın 22-də Venesuela üçün göndərilən humanitar yardımların bölüşdürülməsi mərkəzinin yerləşdiyi Kolumbiyanın sərhəd yaxınlığındakı Kukuta şəhərinə getmiş, daha sonra bir həftə ərzində Braziliya, Paraqvay, Argentina, Ekvadora səfər etdikdən sonra vətənə qayıtmışdı.(Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti