Dövlət büdcəsinin profisiti bir ildə 5 dəfədən çox azalıb

16-09-2019, 13:51
Oxunub: 67
Cari ilin ilk yeddi ayında büdcənin icrasında 576,2 mln. manatlıq kəsir yaranıb


Bu ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 14 810,3 mln. manat, xərcləri isə 14 712,1 mln. manat təşkil edib. Büdcənin icrasında 98,2 mln. manatlıq və ya ÜDM-in 0,2%-i qədər profisit yaranıb.

Etatist.com-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə büdcə gəlirləri 780,6 mln. manat və ya 5,6%, xərcləri 1 1226,4 mln. manat və ya 9,1% artıb. Büdcənin icrasında yaranmış profisit illik müqayisədə 5,5 dəfə azalıb.

Qeyd edək ki, cari ilin ilk yeddi ayında büdcənin icrasında 576,2 mln. manatlıq (ÜDM-in 1,3%-i qədər) kəsir yaranmışdır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti