Somalidə silahlılarla atışma zamanı 9 nəfər öldürülüb

16-09-2019, 08:00
Oxunub: 59
Səid Əli İbrahim silahlıların şəhəri ələ keçirmələri barədə xəbərlərini təkzib edib


Somalidə "Aş-Şabab" qruplaşmasının silahlıları ilə hökumət qüvvələri arasında atışma olub.

Bu barədə  "Sinxua"a istinadən xəbər verir.

Məlumata görə, hadisə Aşağı Şabelledə, Qoroley şəhərində qeydə alınıb. Yaşayış məntəqəsinin rəhbəri Səid Əli İbrahim bildirib ki, silahlılar minaatanlardan hökumət qüvvələrinə atəş açıblar. Lakin onların hücumu dəf edilib.

"Hərəkatın silahlıları bazaya iki dəfə hücum etdilər. Lakin bizim güc orqanlarımız cəsarətlə onların hücumu dəf edərək silahlıların qarşısını aldı. Doqquz nəfər həlak oldu, altı nəfər yaralandı", - deyə məmur bildirib.

Bununla yanaşı, o bildirib ki, hazırda ordu şəhərə nəzarət edir. Səid Əli İbrahim silahlıların şəhəri ələ keçirmələri barədə xəbərlərini təkzib edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti