"Polat Alemdar"-ı işdən çıxartdılar

15-06-2013, 16:52
Oxunub: 7608


Şimali Kipr Türk Cümhuriyyətinin yeni baş naziri Sibel Siberin rəhbərliyi ilə keçirilən hökumət toplantısında Necati Şaşmaz ona verilmiş "Şimali Kiprin mədəniyyət və turizm attaşesi" vəzifəsindən məhrum olunub.

Etatist.com-un Lent.-a istinadən verdiyi xəbərə görə, bu barədə, AHT-yə  baş nazir Sibel Siber deyib.

"Şimali Kiprin mədəniyyət və turizm attaşesi təmsil etdiyi ölkənin mədəniyyətini, tarixi əla bilməlidir. O, getdiyi xarici ölkələrdə Şimali Kiprin simvolu kimi qəbul olunmalıdır. Necati Şaşmaz populyar serialın baş qəhrəmanı, məşhur aktyor olsa da, Şimali Kipri təmsil edə bilməz. Populyarlıq ona mədəniyyət və turizm attaşesi titulunun sahibi olmağa haqq qazandırmır", - baş nazir söyləyib.

Necati Şaşmaza Şimali Kiprin mədəniyyət və turizm attaşesi vəzifəsi ötən ilin martında verilmişdi.
Şərhlər : 1 Şərh yaz
elchin 17 iyun 2013 01:24  
salam. a balam Polat getsin zurnasin chalsin.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti