Azərbaycan hərbçiləri “Saber Junction - 19” təlimində iştirak edirlər
14-09-2019, 13:51
Oxunub: 96
Hərbi təlimdə fəaliyyətlərlə bağlı tapşırıqlar dəqiqləşdirilir
Azərbaycan Ordusunun hərbi qulluqçuları Almaniya Federativ Respublikasının “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak edirlər.Bu barədə
Etatist.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Hərbi təlimdə fəaliyyətlərlə bağlı tapşırıqlar dəqiqləşdirilir və təlimin şəxsi heyətinin təlimatlandırılması icra olunur.
Qeyd edək ki, təlimə Azərbaycan Ordusunun nümayəndələri ilə yanaşı, NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularından 2000-dək hərbi qulluqçu cəlb olunub.