Ukraynanın yeni XİN rəhbəri Azərbaycana gələcək

14-09-2019, 13:48
Oxunub: 84
V.Pristayko səfər çərçivəsində bir sıra rəsmi görüşlər keçirəcək


Ukraynanın yeni xarici işlər naziri Vadim Pristayko Azərbaycana səfərə gələcək. 

Report-un Avropa bürosunun məlumatına görə, nazir oktyabrın 25-26-da keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşündə iştirak edəcək.

V.Pristayko səfər çərçivəsində bir sıra rəsmi görüşlər keçirəcək.

Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev sentyabrın 13-də bu ölkənin yeni xarici işlər naziri Vadim Pristayko ilə görüşüb.

Səfir V.Pristaykoya oktyabrın 25-26-da keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşünə rəsmi dəvəti təqdim edib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti