SOCAR prezidenti Böyük Britaniya səfiri ilə görüşüb

13-09-2019, 14:44
Oxunub: 70
Görüşdən sonra qonaqlar SOCAR TOWER-dəki interaktiv neft muzeyi ilə tanış olublar


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Layl Şarp ilə görüş keçirib.

Etatist.com SOCAR-a istinadən xəbər verir ki, görüşdə Böyük Britaniya şirkətləri ilə uzunmüddətli əməkdaşlıq ənənələrin yarandığı qeyd olunub, bu ənənələrin inkişaf etdiriliərək, genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb. 

Neft və qaz müqavilələrinin icra edilməsində Azərbaycanın etibarlı və stabil tərəfdaş olmasını yüksək qiymətləndirən səfir SOCAR-la əməkdaşlığın xüsusi önəm kəsb etdiyini bildirib, bu əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. 

SOCAR-ın prezidenti BP şirkətinin timsalında Böyük Britaniya şirkətləri ilə reallaşdırılan birgə layihələrdən söz açıb, bu layihələrin həyata keçirilməsi prosesində hər iki şirkətin ortaq əməkdaşlıq dəyərlərinə və strateji baxışa sadiq olduğunu qeyd edib. 

R.Abdullayev SOCAR-ın beynəlxalq əməkdaşlıqda əsas hədəf olaraq məhz Azərbaycan vətəndaşlarının peşəkar mütəxəssis kimi inkişafının stimullaşdırılmasına önəm verdiyini söyləyib, başlıca prioritetin xarici şirkətlər tərəfindən yerli mütəxəssislər üçün beynəlxalq təlim və treninqlər keçirilməsi, iş imkanları yaradılması kimi məsələlərin olduğunu vurğulayıb.

Görüşdən sonra qonaqlar SOCAR TOWER-dəki interaktiv neft muzeyi ilə tanış olublar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti