Aİ Rusiyanın vəzifəli şəxslərinə qarşı sanksiyaların müddətini uzadıb

12-09-2019, 15:53
Oxunub: 49
Qərara görə, sanksiyaların müddəti 2020-ci ilin mart ayınadək artırılıb


Avropa İttifaqı Rusiyanın ayrı-ayrı vəzifəli şəxslərinə qarşı fərdi sanksiyaların müddətini uzadıb.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Şurası qərar qəbul edib.

Qərara görə, sanksiyaların müddəti 2020-ci ilin mart ayınadək artırılıb.

Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirən və ya təhdid yaradan hərəkətlərə görə məhdudlaşdırıcı tədbirlər daha altı ay müddətinə, 2020-ci il martın 15-dək uzadılıb. Sanksiya Rusiyanın 170 fiziki və 44 hüquqi şəxsinə şamil olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti