Dağlıq Qarabağın azərbaycanlı icması bəyanat yayıb

12-09-2019, 20:39
Oxunub: 60
"Fransanın Parlament üzvlərinin Dağlıq Qarabağa səfəri təxribat xarakteri daşıyır"


Dağlıq Qarabağın azərbaycanlı icması Fransa Parlamentinin bir qrup üzvünün Ermənistanın işğalı altındakı Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri ilə bağlı bəyanat yayıb. 

Report-un məlumatına görə, bəyanatda Fransa Parlamentinin bir qrup üzvünün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edərək cinayətkar işğalçı rejimin “nümayəndələri” ilə görüşlər keçirdiyi və bir sıra “tədbirlər”də iştirak etdikləri bildirilib.

"Azərbaycanın beynəlxalq tanınmış sərhədləri daxilində ölkəmizin suverenliyini tanıyan, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Fransanın Parlament üzvlərinin Dağlıq Qarabağa səfəri təxribat xarakteri daşıyır və vasitəçiliyi həyata keçirən ölkənin tutduğu mövqeyə uyğun gəlmir. Biz Dağlıq Qarabağın azərbaycanlı icması olaraq, belə səfərin qəbuledilməz olduğunu bəyan etməklə yanaşı, Fransa hökumətini Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan addımların qarşısının alınması üçün tədbirlərin görülməsinə çağırırıq. Azərbaycanın işğal altında olan torpaqları azad edilmədiyi və azərbaycanlıların öz torpaqlarına geri dönmədiyi təqdirdə, qanunsuz cinayətkar rejim tərəfindən həyata keçirilən istənilən təxribat xarakterli addım və işğalın nəticələrinin “legitimləşdirilməsinə” yönələn “cəhdlər” heç bir nəticə verməyəcək və bizim öz torpaqlarımıza geri dönməyimizi əngəlləyə bilməyəcək".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti