Azərbaycan Krımda keçirilən “seçkiləri” tanımır

12-09-2019, 17:36
Oxunub: 37
"Azərbaycan Respublikası Ukrayna Hökumətinin razılığı olmadan keçirilən hər hansı “seçkiləri” tanımır"


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Krım yarımadasında keçirilən qondarma “yerli seçkilər”ə münasibət bildirib. 

Etatist.com-un xəbərinə görə, XİN-in mətbuat katibi Leyla Abdullayeva deyib ki, Azərbaycan həmin "seçkiləri" tanımır. 

"Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynanın Konstitusiyasında təsbit olunduğu kimi, bu ölkənin beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir. Buna görə də Azərbaycan Respublikası Ukrayna Hökumətinin razılığı olmadan keçirilən hər hansı “seçkiləri” tanımır", - XİN rəsmisi əlavə edib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti