Şəmkirdə mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib

12-09-2019, 15:07
Oxunub: 67
İlk səyyar satışı Şəmkirin Ələsgərli kəndində, ertəsi gün isə Yeni Göyçə kəndində baş tutub


Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, ammofos və nitroammofoska gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Etatist.com Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışında vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.

İlk səyyar satışı Şəmkirin Ələsgərli kəndində, ertəsi gün isə Yeni Göyçə kəndində baş tutub. Sentyabr ayının 11-də Yeni Göyşə kəndində keçirilən satış zamanı 30-dan çox vətəndaş müraciət edərək 21,95 ton ammofos gübrəsi satılıb.

Bu gün Şəmkirin Çənlibel kəndində səyyar satış keçirilir.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər.

Fermerlər səyyar satış xidmətinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq və qeydiyyata düşmək üçün 1652 Çağrı Mərkəzi, həmçinin (+994 51) 255 93 83 əlaqə nömrəsinə müraciət edə bilərlər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti