Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalı keçiriləcək

12-09-2019, 12:44
Oxunub: 84
Bu ilki festivalda 40-a yaxın tədbirlərin keçirilməsi nəzərdə tutulub


Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2019-cu il 18-30 sentyabr tarixində Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalı keçiriləcəkdir.

Etatist.com-a bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. 

Verilən məlumatda bildirilir ki, bu ilki festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarusiya, Bolqarıstan, Ukrayna, Gürcüstandan tanınmış musiqiçi və kollektivlər – Çukurova Dövlət Simfonik Orkestri, Çin Xalq Respublikasının “Silk Road” Filarmonik Orkestri, Sergey Roldugin, Xatia Buniatişvili, Alyona Bayeva, Miroslav Kultışev, Sergey Doqadin, Filip Kopaçevski, Veliçka Yoçeva, Yevgeni Avramenko, Lorenzo Tazzieri, Dmitri Xoxlov, Aleksandr Hacıyev, Marqarita Aleksandroviç, Murat Səlim Tokac, Regina Rüstəmova, Cəbrayıl İdrisov, Giorgi Çelidze, Ümid İsrailov, habelə Azərbaycan sənətçiləri Rauf Abdullayev, Ülviyyə Hacıbəyova, Yeganə Axundova, Fəxrəddin Kərimov, Murad Adıgözəlzadə, Murad Hüseynov, Əyyub Quliyev, Mustafa Mehmandarov  və başqalarının iştirakı ilə 40-a yaxın tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti