"Azəriqaz" abunəçilərinin sayını açıqlayıb

12-09-2019, 12:31
Oxunub: 65
Təkcə avqustda isə əhali sektoru üzrə 5078 yeni abunəçi qeydiyyata alınıb


Bu ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi əhali sektoru üzrə 59 419 yeni abunəçini qeydiyyata alıb. 

Etatist.com quruma istinadən xəbər verir ki, bunun 32619-u Bakı, Abşeron və Sumqayıtın, 26 min 800-ü isə regionların payına düşüb. 

Təkcə avqustda isə əhali sektoru üzrə 5 078 yeni abunəçi qeydiyyata alınıb ki, bunun da 3 040-ı Bakı, Abşeron və Sumqayıtın, 2 038-i isə regionların payına düşüb.

Beləliklə, bu il sentyabrın 1-nə ölkə üzrə təbii qazla təmin olunmuş abunəçilərin sayı 2 242 350-yə bərabər olub. Bunun 2 211 548-i əhali, 30 802-si qeyri-əhali sektoruna aiddir. Bundan başqa Bakı şəhəri üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 863 397, regionlar üzrə isə 1 378 953 təşkil edir.

Onu da qeyd edək ki, qeyri-əhali sektoru üzrə 566 məscid və dini məbədin hər birinə təbii qazdan əvəzsiz istifadə üçün illik 5 000 kub metr limit ayrılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti