Sulutəpə qəsəbəsində qaz kəsilib

12-09-2019, 11:48
Oxunub: 132
Baş verənlərin aradan qaldırılması üçün bu gün saat 10:00-dan təmir işlərinə start verilib


Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində avtomobil qəzası zamanı diametri 159 mm olan qaz xətti zədələnib və qaz sızması aşkarlanıb. 

Etatist.com bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir. 

Məlumata görə, baş verənlərin aradan qaldırılması üçün bu gün saat 10:00-dan təmir işlərinə start verilib. 

Təmir başa çatana qədər həmin ərazidə 2 min istehlakçının qaz təchizatında fasilələr tətbiq olunacaq.

Sulutəpə qəsəbəsində qaz kəsilib

 

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti