Azərbaycan və Türkiyə XİN-nin mətbuat katiblikləri arasında məsləhətləşmələr keçirilib

12-09-2019, 10:30
Oxunub: 35
Görüşdə katibliklər arasında əməkdaşlıq imkanları və birgə fəaliyyət haqqında yeni təşəbbüslər müzakirə edilib


Ankarada Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibliyi ilə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibliyi arasında məsləhətləşmələr keçirilib.

Report xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva özünün “Twitter” səhifəsində məlumat verib.

İclasda ölkəmizi Azərbaycan XİN-nin mətbuat katibi Leyla Abdullayeva, Türkiyə tərəfini isə bu ölkənin XİN mətbuat katibi Hami Aksoy təmsil edib.

Görüşdə katibliklər arasında əməkdaşlıq imkanları və birgə fəaliyyət haqqında yeni təşəbbüslər müzakirə edilib. Eyni zamanda tərəflər arasında mübadilənin davamlı olması barədə razılıq əldə olunub. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti