ABŞ administrasiyasının üç işçisi Boltondan sonra istefa verib

12-09-2019, 10:28
Oxunub: 34
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton istefaya göndərilib


ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton istefaya göndərildikdən sonra C. Boltonla birlikdə işləyən ABŞ administrasiyasının üç işçisi də istefa ərizəsini yazıblar.

Report RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Nəşrin məlumatına görə, Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Qarrett Marki, milli təhlükəsizlik üzrə köməkçinin rabitə direktoru Sara Tinsli və Boltonun gündəlik planlaşdırılmasını həyata keçirən Kristin Samuelyan istefa verib.

Qeyd edək ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton istefaya göndərilib. Bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Twitter" səhifəsində məlumat verib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti