Putin Netanyahu ilə görüşəcək

12-09-2019, 02:42
Oxunub: 132
Liderlər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər


Bu gün Rusiyanın Soçi şəhərində İsrailin Baş naziri Binyamin Netanyahu ilə Rusiya prezidenti Vladimir Putin arasında görüş keçiriləcək.

Report Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, liderlər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Görüşdə həmçinin Yaxın Şərqdəki vəziyyət də müzakirə olunacaq.

Netanyahu cari ildə artıq üçüncü dəfədir ki, Rusiyaya səfərə gəlir. Bundan əvvəl o, fevral və aprel aylarında Moskvaya səfər etmişdi.

Bundan başqa İsrailin Baş naziri Rusiyanın Müdafiə naziri Serqey Şoyqu ilə də görüşməyi planlaşdırır. Rusiyaya səfəri zamanı Netanyahunu, ölkənin Milli Təhlükəsizlik Şurasının rəhbəri Meir Ben-Şabbat və İsrail Müdafiə Qüvvələri Baş Qərargahının rəisi Aviv Kohavi də müşayiət edəcəklər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti