AŞPA prezidenti Şəhidlər Xiyabanını ziyarət edib

11-09-2019, 17:00
Oxunub: 73
AŞPA prezidenti Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib


Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mauri Paskie (Liliane Maury Pasquier) Şəhidlər Xiyabanını ziyarət edib.

AŞPA prezidenti Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüb.

Qeyd edək ki, AŞPA prezidenti Lilian Mauri Paskie (Liliane Maury Pasquier) bu gün Azərbaycana rəsmi səfərə gəlib. Səfər proqramında onun Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin spikeri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.

 
O, həmçinin, parlamentin Ailə, qadın, uşaq məsələləri Komitəsi və İntizam Komissiyasının üzvləri ilə fikir mübadiləsi aparacaq, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə görüşəcək.

Sentyabrın 11-də AŞPA prezidenti Bakıda Avropa Şurasının 70 illiyinə həsr olunmuş “Hüquqlarımız, azadlıqlarımız, Avropamız” adlı yüksək səviyyəli konfransa qatılacaq. (APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti